logo

Gürcüstanın xarici işlər naziri Azərbaycan xalqına başsağlığı verdi

14:54 01-12-2021 | icon 1722
Gürcüstanın xarici işlər naziri Azərbaycan xalqına başsağlığı verdi

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri özünün "Tvitter" hesabında yazıb.

" Dost və  qonşumuz olan Azərbaycanda baş vermiş faciəvi helikopter qəzasının acı xəbərini öyrəndim. Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması diləyi ilə",-deyə XİN başçısı paylaşımında qeyd edib.

 

 0-02

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.