logo

Atasının “yeddi” mərasimi günü helikopter qəzasında ölən polkovnik...

21:31 30-11-2021 | icon 1673
Atasının “yeddi” mərasimi günü helikopter qəzasında ölən polkovnik...

Bu gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusundan biri də polkovnik Fizuli Cavadovdur. 

YeniAvropa xəbər verir ki, polkovnik  F.Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub. Onun atası Əlibram Cavadov bir həftə öncə atası vəfat edib. Bu gün onun vəfatının “yeddi” mərasimi təşkil olunarkən oğlunun helikopter qəzasında həlak olduğu xəbəri gəlib.

Polkovnik F.Cavadovun Nərmin və İkram adında iki övladı var. Nərmin Cavadova da DSX-də xidmət edir.