logo

Helikopter havaya qalxdıqdan 20 dəqiqə sonra qəza baş verib

20:40 30-11-2021 | icon 1589
Helikopter havaya qalxdıqdan 20 dəqiqə sonra qəza baş verib

"Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq, “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib".

YeniAvropa xəbər verir ki,  bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar bu gün təşkil olunan brifinqdə məlumat verib.

"Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb", - deyə E.Quliyev bildirib.