logo

Meral Akşener: "Qardaşlarımızın başı sağ olsun"

20:20 30-11-2021 | icon 1659
Meral Akşener: "Qardaşlarımızın başı sağ olsun"

"Azərbaycanda təlimlər zamanı qəzaya uğrayan helikopterdə həlak olan şəhidlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm".

YeniAvropa xəbər verir ki,  bunu Türkiyənin müxalifətdə olan İYİ Partiyanın sədri Meral Akşener özünün "Twitter" hesabında yazıb. 

"Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun...", - deyə siyasətçi xanım paylaşımında qeyd edib.