logo

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verdi

19:49 30-11-2021 | icon 1820
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Noyabrın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyə prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan prezidenti başsağlığına görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.