logo

Milli Məclisin rəhbərliyi helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər

18:58 30-11-2021 | icon 1834
Milli Məclisin rəhbərliyi helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər

Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisində baş verən helikopter qəzasında həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər.

YeniAvropa xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir: “Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərləndiklərini bildirir, həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!”.