logo

Mövlud Çavuşoğlu zəng edib Ceyhun Bayramova başsağlığı verdi

17:34 30-11-2021 | icon 532
Mövlud Çavuşoğlu zəng edib Ceyhun Bayramova başsağlığı verdi

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, M. Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar dərin təəssüf hisslərini bölüşüb, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Ceyhun Bayramov başsağlığına görə M. Çavuşoğluna təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbir arzulayıb.