logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 566 min nəfəri ötüb

16:58 30-11-2021 | icon 2310
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 566 min nəfəri ötüb

Noyabrın 30-da Azərbaycanda 40 min 658 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 34, “buster” doza ilə peyvənd olunanların sayı isə 28 min 616 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 527 min 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 79 min 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 566 min 911 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 881 min 345 nəfər təşkil edir.