logo

Aİ rəsmisi Azərbaycanın təhsil naziri ilə danışıqlar aparıb

22:55 29-11-2021 | icon 5852
Aİ rəsmisi Azərbaycanın təhsil naziri ilə danışıqlar aparıb

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə Nümayəndəliyinin səfiri Peter Mixalko ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə  E.Əmrullayev özünün "Twitter"  səhifəsində məlumat paylaşıb.

Görüşdə nazirliklə Aİ arasında təhsil sahəsində əməkdaşlıq diqqət mərkəzində olub.

“Bu gün biz Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Peter Mixalko ilə görüşdük. Görüş zamanı Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, -deyə nazir qeyd edib.