logo

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

20:50 28-11-2021 | icon 1715
İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

Noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə İranın dövlət teleradio yayım şirkəti(İRİB) məlumat yayıb. 

Qeyd edilib ki, imzalanma mərasimində Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi iştirak edib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 2 milyard kubmetrədək qaz göndəriləcək.