logo

UEFA "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"nı cərimələyib

11:01 28-11-2021 | icon 3031
UEFA "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"nı cərimələyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr "Omoniya"sını cərimələyib.

YeniAvropa Avropa futbol qurumunun saytına istinadla xəbər verir ki, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. "Omoniya" qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.

Qeyd edək ki, insident "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. "Köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.