logo

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa səfər edib

09:29 25-11-2021 | icon 1274
Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa səfər edib

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və bu çərçivədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

 S.Qafarovanın tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.