logo

Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür

09:12 25-11-2021 | icon 2793
Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun işğaldan azad edilməsindən bir il ötür.

 YeniAvropa xəbər verir ki, 44 günlük Vətən müharibəsində  Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.