logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 538 min nəfəri ötüb

16:56 24-11-2021 | icon 3045
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 538 min nəfəri ötüb

Noyabrın 24-də Azərbaycanda 34 min 474 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 418 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 827 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 363 min 317, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 59 min 543, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 538 min 992 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 764 min 782 nəfər təşkil edir.