logo

Bakıda “Made in Uzbekistan” Milli Sərgisi təşkil olunacaq

10:50 24-11-2021 | icon 2779
Bakıda “Made in Uzbekistan” Milli Sərgisi təşkil olunacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, dekabrın 15-17-də Bakıda Özbəkistanın “Made in Uzbekistan” Milli Sərgisi keçiriləcək. Sərgidə Özbəkistan şirkətlərinin məhsul və xidmətləri təqdim olunacaq.

Sərgidə iştirak etmək istəyən, habelə Özbəkistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirməkdə maraqlı olan sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.