Xalq artisti Fidan Hacıyeva xanımlardan ibarət orkestr yaratdı
Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub.
YeniAvropa xəbər verir ki, orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevadır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, tanınmış bəstəkar Könül Hüseynova orkestr barədə məlumat verərək deyib: “Orkestrin adı məhz Fidan Hacıyevanın səs tembrinə uyğun olaraq seçilib. Orkestr "Mezzo" adlanır. Ölkəmizin istedadlı ifaçılarından təşkil olunan bu orkestr xalqımızı, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edəcək. Orkestrin yaradılması repertuar genişliyinə, eləcə də Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlar artıq yaradılıb. Azərbaycanda isə ilk dəfə olaraq bu orkestr Fidan Hacıyeva tərəfindən yaradılıb. Bu layihə bizim və xarici ölkə bəstəkarlarının təbliği baxımından çox böyük önəm kəsb edəcək. Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan xanım bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Təhsillə bağlı əngəlləri olan xanımlar onu çox narahat edir. O, bu addımı ilə onlara çağırış etmək istəyir. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir layihəsi də var. Rayon və kəndlərimizdə olan gənc qızlarımızın istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq. Məqsədimiz isə ən imkansız ailələrin uşaqlarını seçib, təhsilini, yaşayış şərtlərini Bakıda təmin etməkdir. Onlar bizim və dövlətimizin nəzarəti altında öz təhsillərini davam etdirəcəklər”.
Əməkdar artist Fərid Əliyev isə Fidan Hacıyevanın bütün işlərinə, uğurlarına şahidlik etdiyini bildirib: “Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf müqabiliyik. O, hərtərəfli istedadlı bir insandır. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Buna görə də ona təşəkkür edirəm”.
Xalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: “Öz orkestrımın olması ən böyük arzum idi. Çox şükr ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrda yer alan qızlar çox peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalist dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq”.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq