logo

Aşqabadda İƏT dövlət başçılarının Zirvə Görüşü keçiriləcək

15:35 22-11-2021 | icon 3367
Aşqabadda İƏT dövlət başçılarının Zirvə Görüşü keçiriləcək

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının Zirvə Görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Zirvə Görüşündə təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Tədbir çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, mənzil-qərargahı Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Azərbaycan Respublikası 1993-cü ildən təşkilatın üzvüdür.

Hazırda təşkilatın 10 üzvü var. Azərbaycandan başqa, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan İƏT üzvləridir.

İƏT 1993-cü ildə BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.