logo

Qətərdə dünya çempionatı üçün bir illik geri sayım mərasimi keçirilib

09:09 22-11-2021 | icon 3717
Qətərdə dünya çempionatı üçün bir illik geri sayım mərasimi keçirilib

Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək FİFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, Dohada keçirilən mərasimdə FİFA prezidenti Canni İnfantino iştirak edib. Dünya Kuboku bir ildən sonra keçiriləcək dünya çempionatının ilk matçının olacağı Al Bayt stadionuna gətirilib. Sonra geri sayım saatı işıqlandırılıb və dronlar vasitəsilə Doha səmasında “365” rəqəmləri yazılıb.

FİFA prezidenti müraciətində bildirib ki, dünya çempionatının matçları Qətərin ən müasir səkkiz stadionunda oynanılacaq. O, çempionata hazırlıq işlərini yüksək qiymətləndirib.

Qətər 2022-ci il dünya çempionatına hazırlığa 6,5 milyard dollar xərcləyib. Dohadakı innovativ Ras Əbu Abud və Lusail stadionları da Dünya Kuboku ərəfəsində istifadəyə veriləcək.