logo

Ağdamın işğaldan azad  edilməsindən 1 il ötür

09:09 20-11-2021 | icon 3479
Ağdamın işğaldan azad  edilməsindən 1 il ötür

Qarabağın qapısı hesab olunan Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən bir il ötür. 

 YeniAvropa xəbər verir ki, bu , 44 gqünlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra mümkün oldu. 

Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.