logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 505 min nəfəri ötüb

16:48 18-11-2021 | icon 3052
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 505 min nəfəri ötüb

Noyabrın 18-də Azərbaycanda 35 min 699 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 700 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 120 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 201 min 533, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 38 min 225, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 505 min 772 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 657 min 536 nəfər təşkil edir.