Azərbaycan-Gürcüstan diplomatik əlaqələri-29 il
Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin quurlmasının 29-cu ildönümüdür.
YeniAvropa xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin noyabrın 18-də qoyulub.
1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirliyi açılıb.
Azərbaycanın Gürcüstandakı səfiri ötən ilin oktyabrından Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir və bu şəhərdə baş konsulumuz Pərviz İsmayılzadədir.
Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulu missiyasını isə Nikoloz İaşvili yerinə yetirir. Baş Konsulluq 2013-cü ildə təsis olunub.
Gələn il hər iki ölkədə diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunan bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir.
Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) ölkənin ikitərəfli münasibətlərinə dair arayış xarakterli məlumatında bildirilib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkə ilə sıx münasibətlər saxlanılır. Qeyd olunub ki, ikitərəfli səfərlərin dinamikası həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aktivdir.
Məlumatda vurğulanıb ki, Azərbaycanla hüquqi baza 100-dən çox ikitərəfli və çoxtərəfli müqavilələri əhatə edir və bu sənədlər əməkdaşlığın praktiki olaraq bütün sahələrini tənzimləyir.
Gürcüstan və Azərbaycan arasında azad ticarət rejiminin, Azərbaycanın Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşı olduğu və Azərbaycan şirkətlərinin qonşu ölkəyə böyük investisiyalar yatırdığı da qeyd olunub.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir