logo

Ermənistan Müdafiə Nazirliyi ötən günkü itkilərini açıqladı

11:33 17-11-2021 | icon 4193
Ermənistan Müdafiə Nazirliyi ötən günkü itkilərini açıqladı

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhədin Laçın-Kəlbəcər istiqamətində (Kilsəli dağları) gedən döyüşlər zamanı erməni ordusunun verdiyi itkilər barədə rəsmi məlumat yayıb.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, məlumatda bildirilib ki,  noyabrın 17-i səhər saatlarına qədər bir hərbçinin öldüyü dəqiqləşib. Daha 13 hərbçi əsir düşüb.

24 erməni hərbçisinin isə taleyi məlum deyil.

Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir.