logo

Azərbaycanda koronavirusa görə 61 məktəb bağlanıb

15:10 16-11-2021 | icon 6440
Azərbaycanda koronavirusa görə 61 məktəb bağlanıb

Tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

"Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb", - nazirlikdən bildirilib.