Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Qubadlı ərazisində Azərbaycan postları qurulub.
YeniAvropa xəbər verir ki, bu postlar Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində yerləşir.
Gorus-Qafan yolu arasında hərəkət edən bütün avtomobillər məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də, sərhəd xidmətinin nəzarətindən keçməklə bu yolla hərəkət edə bilir.
İrandan olan sürücülərin Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycan nəzarət-buraxılış məntəqəsində yoxlanışdan keçirlər.
Daha ətraflı "REAL TV"nin süjetində: