logo

Qubada ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 8 yaralı

13:09 25-12-2017 | icon 3493
Qubada ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 8 yaralı

Dekabrın 25-də səhər saatlarında Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

YeniAvropa  xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Quba rayonunun İqrıq kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə mikroavtobus toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü 1954-cü il təvəllüdlü Şövkət Qubadov hadisə yerində dünyasını dəyişib.

Müxtəlif bədən xəsarətləri alan Vüqar İsmayılov, İradə Əlimuradova, Hüseyn Hacıyev, Vaqif Bətərov Quba Rayon Mərkəzi Xəstəxanasına, Nigar Haktari Quba Müalicə Diaqnostika Mərkəzinə, Zaur Əsədov, Aygün Abrurəhmanova və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.