logo

Azərbaycanda daha 2422 nəfər  koronavirusa yoluxdu, 29 nəfər öldü

17:24 14-11-2021 | icon 1414
Azərbaycanda daha 2422 nəfər  koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2422 yoluxma faktı qeydə alınıb, 2181 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 560 min 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 522 min 431 nəfər müalicə olunaraq sağalıb, 7445 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 977 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 807, bu günə qədər isə ümumilikdə 5 milyon 360 min 316 test icra olunub.