logo

Ceyhun Bayramov Aİ Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının toplantısında iştirak edəcək

13:11 14-11-2021 | icon 4585
Ceyhun Bayramov Aİ Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının toplantısında iştirak edəcək

Noyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Ceyhun Bayramov səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.