logo

Bakıda daha bir lisey koronavirusa görə bağlandı

16:36 12-11-2021 | icon 6692
Bakıda daha bir lisey koronavirusa görə bağlandı
Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.
 
 YeniAvropa xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyi bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
 
Təhsil Nazirliyindən verilən məlumatda isə bildirilib ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.