logo

Səhiyyə Nazirliyi:Bakıda hava şəraiti ilə əlaqədar 11 nəfər xəsarət alıb

10:11 11-11-2021 | icon 5138
Səhiyyə Nazirliyi:Bakıda hava şəraiti ilə əlaqədar 11 nəfər xəsarət alıb

Noyabrın 10-dan 11-dək Bakıda hava şəraiti ilə əlaqədar 5-i kişi, 6-sı qadın olmaqla 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, xəsarət alanlardan bir nəfərə yerində yardım göstərilib, bir nəfər isə yardımdan imtina edib. Digər 9 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, noyabrın 10-da Bakıda və bölgələrdə güclü şimal-qərb küləyi əsib. Paytaxtda küləyin sürəti saniyədə 38 metrə çatıb.