logo

Bakıda güclü külək günün sonuna doğru səngiyəcək

09:49 11-11-2021 | icon 5145
Bakıda güclü külək günün sonuna doğru səngiyəcək

"Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:"Havanın temperaturu isə 9 dərəcə isti təşkil edəcək”.

Gülşad Məmmədova bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq.
 
"Noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək",-deyə G.Məmmədova sözlərinə  əlavə edib.