logo

Moskva MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib

15:55 10-11-2021 | icon 5264
Moskva MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Moskvadakı Beynəlxalq Hərbi Mərkəzdə MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası olub.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.

RF Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  iclasda RF müdafiə naziri Sergey Şoyqu iclasda çıxış edib. O deyib: “Birgə işlədiyimiz illər ərzində MDB ölkələrinin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin ənənəvi istiqamətlərinin möhkəmləndirilməsinə və yeni istiqamətlərin inkişafına şərait yaradan etimadlı münasibətlər yaranıb”.

O vurğulayıb ki, təşkilatın qarşıdan gələn 30 illik yubileyi ərəfəsində bu görüş rəmzi xarakter daşıyır. Rusiyalı nazirin sözlərinə görə, Müdafiə Nazirləri Şurası formatı tərəfdaşlığın spektrini genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin olunması üçün səmərəli qərarlar qəbul etməyə imkan verir. S.Şoyqu deyib: “Əminəm ki, bugünkü iclas da konstruktiv şəraitdə keçəcək, onun yekunları dövlətlərimizdə sülhün və sabitliyin qorunub saxlanmasına kömək edəcək”.

Nazirlər iclasdan əvvəl Aleksandr bağındakı naməlum əsgər məzarının önünə tər çiçəklər qoyub, Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

MDB ölkələrinin müdafiə nazirləri 2022-ci il üçün birgə tədbirlər planını təsdiq edib, hərbi əməkdaşlığın inkişafı perspektivlərini müəyyən ediblər.

2022-ci ildə MDB ölkələri hava hücumundan müdafiə üzrə “Regional təhlükəsizlik -2022” adlı komanda-qərargah kompüter təlimi keçirəcəklər.

İclas iştirakçıları hərbi-topoqrafik və hidrometeoroloji təminat sahəsində praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi barədə razılığa gəliblər.