Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib
Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib.
YeniAvropa xəbər verir ki, bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib: “Zəng filmi I Qarabağ Müharibəsində şəhid olmuş ataya qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.
Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ Müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 90-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki,qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım.Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar.
"Zəng" filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.
Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.
Filmin ərsəyə gəlməsində köməklik göstərən "Bakcell" şirkətinə, aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm. Baxmayarq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. Zəng filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz Mübarək olsun!”
Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarbağ müharibəsi qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Azərbaycan nefti 91,53 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı