logo

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq

11:55 10-11-2021 | icon 5327
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq

Yaxın vatxlarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov məlumat verib. Bildirib ki, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir. “Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, - detə Türkmənistan prezidenti vurğulayıb.

Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş apardıqlarını qeyd edən Q.Berdiməhəmmədov nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu vurğulayıb. "Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”, -deyə Qurbanqulu Berdiməhəmmədov  sözlərinə əlavə edib.

Xatırladaq ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi.