logo

İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib

11:33 10-11-2021 | icon 5439
İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib

Prezident İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq "BP" şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilib.

Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.