logo

Paytaxtda koronavirusa görə bağlanan 4 məktəbdə dərslər bərpa edilib

09:50 10-11-2021 | icon 5803
Paytaxtda koronavirusa görə bağlanan 4 məktəbdə dərslər bərpa edilib

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.