logo

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

21:49 09-11-2021 | icon 5775
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb distant təhsilə keçib.

YeniAvropa xəbər verir ki,  Ucar şəhər Qazyan kənd 1N-li tam orta məktəb 10 noyabr 2021-ci il tarixindən 14 gün müddətinə distant təhsilə keçəcək.

Buna səbəb məktəbdə əsasən şagirdlər arasında COVİD-19 infeksiyasına yoluxmanın olmasıdır.
Faktı Ucar rayon Təhsil Şöbəsinin rəhbərliyi də təsdiqləyib.