logo

Köçəryan Sarkisyanın anasının dəfninə Xankəndinə gəlib

20:30 09-11-2021 | icon 5369
Köçəryan Sarkisyanın anasının dəfninə Xankəndinə gəlib

Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Xankəndinə gediblər.

 YeniAvropa xəbər verir ki, bu barədə “İravunk.com” saytı məlumat yayıb.

Bildirilir ki, səfər məqsəd bazar günü, noyabrın 7-də 93 yaşında dünyasını dəyişən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak etmək olub.

Mərasim Xankəndidəki Surb Hakob kilsəsində keçirilib.

Xatırladaq ki, ötən il Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan da dünyasını dəyişib.