logo

"Azərbaycan”ı Aygün Kazımova Emin Ağalarovla duet oxudu

14:04 09-11-2021 | icon 123830
"Azərbaycan”ı Aygün Kazımova Emin Ağalarovla duet oxudu
Azərbaycanın xalq artistləri Aygün Kazımova və Emin Ağalarov Dövlət Bayrağı Günü münasibətilə "Azərbaycan” adlı duetlərini təqdim ediblər.
 
YeniAvropa xəbər verir ki, bu barədə müğənni Aygün Kazımova özünün "Twitter” hesabında məlumat paylaşıb.
 
"Bu gün dünya azərbaycanlıları üçün əlamətdar gün – Dövlət Bayrağı Günüdür! Dostum – Azərbaycanın Xalq artisti Eminlə birlikdə həyəcan və qürurla "Azərbaycan” adlı duetimizi sizə təqdim edirik!”, - deyə A.Kazımova bildirib.