logo

Türkiyəli mütəxəssis Azərbaycan yığmasına baş məşqçi gətirilir

13:10 09-11-2021 | icon 5866
Türkiyəli mütəxəssis Azərbaycan yığmasına baş məşqçi gətirilir

Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında məlumat verib. O,  AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.

Samet Aybaba hazırda danışıqların aparıldığını da bildirib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə Adananın "Demirspor" klubunun baş məşqçisi olub. O, yaydan bəri işsizdir.

Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə ötən ilin yayında 1,5 illik müddətə müqavilə imzalanıb. Onun Azərbaycan millisi ilə müqavilsi "DÇ-2022"nin seçmə mərhələsinin sonunda başa çatır.

Milli komanda  Canni De Byazinin rəhbiliyi altında meydana çıxdığı 18 oyundan yalnız ikisində qələbə qazanıb.