logo

Şuşada və Bakıda möhtəşm Zəfər Günü atəşfəşanlığı

21:12 08-11-2021 | icon 3626
Şuşada və Bakıda möhtəşm Zəfər Günü atəşfəşanlığı

8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.

YeniAvropa xəbər verir ki, ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadındakı videoproyeksiyanı Azərbaycan musiqisinin ölməz korifeylərinin əsərləri müşayiət edib.

Daha sonra Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub. Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

Zəfərin təntənəsi Bakıdakı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

0-1-01