logo

Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir-Hikmət Hacıyev

10:10 06-11-2021 | icon 4816
Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir-Hikmət Hacıyev

Yeni strategiya, təfəkkür çox vacibdir. Xüsusilə Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir.

YeniAvropa xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal etməyə köklənib, lakin uğursuzluğa düçar olub”, - deyən prezidentin köməkçisi qeyd edib ki, hazırda vəziyyət tamamilə dəyişib. İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına baxmayaraq, Ermənistan yaxşı qonşuluq münasibətləri qursa, ərazi iddialarına son qoysa, bu, ona xeyir gətirəcək.