logo

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir

14:59 02-06-2018 | icon 3927
Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir. YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.
Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.