logo

VIII Qlobal Bakı Forumu panel iclaslarla işini davam etdirir

10:45 05-11-2021 | icon 6272
VIII Qlobal Bakı Forumu panel iclaslarla işini davam etdirir

VIII Qlobal Bakı Forumu bu gün panel iclaslarla işini davam etdirir.

YeniAvropa xəbər verir ki, forumun ikinci günündə “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacın təmin edilməsinin bir araya gətirilməsi yolları”, “Qida və qida təhlükəsizliyinin təşviqi” və “Gənclər danışır, biz dinləyirik” mövzuları üzrə müzakirələr aparılacaq.

Birinci panel zamanı iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

Forumda 40-dan çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər, ictimai xadimlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak edirlər.

Forum noyabrın 6-dək davam edəcək.