logo

Bakıda dövlət idarəsi ləğv edilir

12:58 04-11-2021 | icon 6804
Bakıda dövlət idarəsi ləğv edilir

Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil nazirliyindən bildirilib. Qeyd edilib ki, idarənin tabeliyindəki təhsil müəssisələri Təhsil Nazirliyinə təhvil veriləcək.

Artıq bununla bağlı layihə hazırlanıb və müvafiq qurumlara təqdim edilib.

Layihəyə baxıldıqdan sonra qarşıdakı aylarda təsdiq olunacağı gözlənilir.

Qeyd edək ki, əvvəlrər Təhsil Nazirliyin balansında olan bu idarə 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

İdarənin rəisi isə Yunusov Eldar Əli oğludur.