logo

Abşeronda "Opel" yolu keçən 45 yaşlı kişini vurub öldürdü 

10:30 04-11-2021 | icon 6517
Abşeronda "Opel" yolu keçən 45 yaşlı kişini vurub öldürdü 

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.

YeniAvropa xəbər verir ki, hadisə noyabrın 3-də rayonun Qobu qəsəbəsi, S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Rufan Qarayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə küçədə hərəkətdə olan piyada, 1976-cı il təvəllüdlü Zülfüqar İmranovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.