logo

Təhsil Nazirliyi məktəblərin bağlanacağı xəbərini yalanladı

18:08 03-11-2021 | icon 6846
Təhsil Nazirliyi məktəblərin bağlanacağı xəbərini yalanladı

"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".

YeniAvropa xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov KİV-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

"Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir",-deyə nazirlik rəsmisi vurğulayıb.