İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb
Prezident İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə qonağı salamlayan prezident İlham Əliyev deyib:
" Xoş gəlmisiniz, cənab prezident. Sizi yenidən görməyə çox şadam. Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu qarşılıqlı dəstək tərəfdaşlığımızı çox xüsusi edir. Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. Ölkələrimiz arasında çoxlu oxşarlıqlar var və xalqlarımız bir-birini daha yaxşı tanıyır. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Sözsüz, bu elə bir vaxt idi ki, ölkələrimiz müstəqil deyildilər. Lakin biz müstəqillik illərində bu sıx əməkdaşlığı davam etdiririk. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Bir daha xoş gəlmisiniz".
Öz növbəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dəvətə və VIII Bakı Forumunda iştirak etmək və orada çıxış etmək imkanı yaratdığına görə Azərbaycan prezidentinə təşəkkür edib: "Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi var və ümidvaram ki, gələcəkdə biz buna əsaslanaraq dostluq əlaqələrini davam etdirəcəyik. Mən telefon danışığımız zamanı artıq Sizi təbrik etmişəm, lakin indi şəxsən Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim. Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınız. Mən hətta müharibə zamanı bu barədə dəfələrlə danışmışam. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik".
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir