logo

11 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb

15:22 02-11-2021 | icon 6776
11 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 11 yaşlı ananın uşağı bu gün dünyasını dəyişib.

 YeniAvropa xəbər verir ki, bu barədə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonatologiya şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

11 yaşlı qızın övladı akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlik olub. 

Bu gün xəstəxanadan çıxarılan 11 qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.