logo

Qaradağda “Ford” “Shacman”la toqquşdu:1 ölü, 2 yaralı var

10:55 02-11-2021 | icon 6482
Qaradağda “Ford” “Shacman”la toqquşdu:1 ölü, 2 yaralı var

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan iki nəfəri və bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxarıblar. Xəsarət alan şəxslər və meyit aidiyyəti üzrə təhvil verilib.