logo

Lənkəranda  qatar 61 yaşlı kişini vurub öldürdü

21:44 01-11-2021 | icon 6132
Lənkəranda  qatar 61 yaşlı kişini vurub öldürdü

Lənkəran rayonunda 61 yaşlı kişi qatarın altında qalaraq ölüb.

 YeniAvropa xəbər verir ki, hadisə Lənkəran dəmiryolu vağzalının həndəvərində baş verib. Belə ki, Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altında qalıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.